Nizami Rayon Prokurorluğunda yeni təyinat olub.
Gununsesi.org Publika.az-a istinadən məlumat verir ki, Pərvin Fərəcov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Pərvin Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğludur.
Bir neçə ay əvvəl Nizami rayon prokurorunun müavini təyin edilən və bu günlərdə işdən çıxarılan Qabil Səfərov isə Baş Prokurorluqda yeni vəzifəyə təyinat alıb.
COMMENTS