Acun onunla bağlı aparılan araşdırmaya açıqlama verib

  • By Günel
  • 20 Noyabr 2024 20:22

İstanbul Cümhuriyyət Prokurorluğu Türkiyədə bir neçə telekanala və “Exxen” videoşəbəkəsinə sahib olan “Fənərbaxça” klubunun ikinci prezidenti Acun Ilıcalı haqqında araşdırmaya başlayıb.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, o, məsələ ilə bağlı açıqlama verib.

“Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur. TV8-in bu məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Türkiyədə oynanılan milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına aid olduğu kimi, Monteneqro-Türkiyə matçının reklam lövhələrinin satışı da Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib”, – Ilıcalı açıqlamasında deyib.

Qeyd edək ki, bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.

Gununsesi.info