Anar Məmmədlinin həbs müddəti daha üç ay uzadıldı

  • By admin
  • 20 Noyabr 2024 13:21

Hazırda həbsdə insan haqları müdafiəçisi Anar Məmmədlinin həbsdə saxlanılması müddəti uzadılıb.

Bu barədə Gununsesi.info-ya vəkil Cavad Cavadov deyib.

Onun sözlərinə görə, həbsin  uzadılması üçün Bakı şəhər Prokurorluğu tərəfindən verilən təqdimat və vəsatətə Xətai rayon Məhkəməsində baxılıb:

 

Təqdimat və vəsatət təmin edilərək həbsdə saxlama müddəti üç ay müddətinə uzadıldı.

Müdafiə tərəfinin ev dustaqılığı seçilməsi ilə bağlı vəsatət təmin edilmədi”.

 

Gununsesi.info