Kürdəmirdə ağır qəza: 5 nəfər yaralanıb

  • By Günel
  • 20 Noyabr 2024 20:14

Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Gununsesi.info