Zərərçəkənlər və şahidlər jurnalistin üzünə durmaqdan imtina edib - ƏRŞAD İBRAHİMOVUN GÜNAHSIZLIĞI ÜZƏ ÇIXIR

  • By admin
  • 14 Yanvar 2025 12:12

Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Gununsesi.info-nun xəbərinə görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Gəncədəki “Şah Sarayı”  restoranının sahibi Elfaq Əliyev və “Sağlam Ruh” MMC-nin sahibi Rüstəm Məmmədov ifadə verib.

Elfaq Əliyev ifadəsində bildirib ki, Ərşad İbrahimovu tanımır, heç bir zaman hər hansı bir ünsiyyəti olmayıb: “Mən oranı icarəyə vermişəm. Mənə dedilər ki, hansısa saytda yazı gedib. Sonradan eşitdim ki, bir neçə nəfər restoranda  təxminən 400 manatlıq yeyib-içib”.

Proses zamanı hakim və dövlət ittihamçısı Elfaq Əliyevə yönləndirici suallar versə də o, növbəti dəfə Ərşad İbrahimovun ondan hədəq-qorxu ilə pul tələb etmədiyini deyib.

“Sağlam Ruh” MMC-nin sahibi Rüstəm Məmmədov isə məhkəməyə ifadəsində “Bandotdel”ə aparıldığını və orada ona Ərşad İbrahimovla bağlı suallar verildiyini deyib.

O da istintaqdakıə ifadəsini təkzib edərək, Ərşad İbrahimovla nə canlı nə də telefon vasitəsilə danışdığını deyib.

Hər iki iş üzrə şahid qismində dindirilən jurnalist Qalib İbrahimli bildirib ki, onu da DİN-nin Baş Mütəşəkkil Cinayətkalığa Qarşı Mübarizə İdarəsinə aparıbılar: “Məni gecə evimdən apardılar. İdarəyə gedənə qədər nə üçün aparıldığımı bilmədim. Məni məcbur etdilər ki, jurnalistin əleyhinə ifadə verim. Ərşad İbrahimov nə Elfaq Əliyevdən, nə də Rüstəm Məmmədovdan hədə-qorxu ilə pul tələb etməyib”.

Porsesdə çıxış edən jurnalistin vəkili Zabil Qəhrəmanov istintaqın zərərçəkən kimi təqdim etdiyi şəxslərin çıxışına istinad edərək, jurnalistin qanunsuz həbs olunduğunu deyib: “Nə vaxtdan qonaqlıq hədə-qorxu ilə tələb etmək cinayəti olub? Burada hər şey çılpaqlığı ilə ortadadır”. 

 

Elmar

Gununsesi.info