Livan prezidenti Navaf Salama yeni hökuməti formalaşdırılmağı tapşırıb

  • By Günel
  • 13 Yanvar 2025 20:48

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam Livanın baş naziri təyin edilib və respublikanın yeni hökumətini formalaşdıracaq.

Gununsesi.info APA- ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının aparatının bəyanatında deyilir.

“Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb”, – fərmanın mətnində deyilir.

Bundan əvvəl Salam 128 deputatdan 85-nin dəstəyini qazanıb, parlamentin yalnız 9 üzvü onun rəqibi, baş nazir səlahiyyətlərini icra edən Nəcib Miqatiyə səs verib, qalanları isə hər hansı namizədi dəstəkləməkdən imtina edib.

Diplomat və hüquqşünas olan 71 yaşlı Navaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib və 6 fevral 2024-cü ildə qurumun prezidenti olub.

Salam Beyrut aristokrat ailəsinə mənsubdur və onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.

Gununsesi.info