Syerra-Leone liderindən İlham Əliyevə: - Çox kədərləndim

  • By Günel
  • 13 Yanvar 2025 19:52

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, məktubda qeyd olunur:

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Gununsesi.info