Bakı aeroportunda qəfil ölüm baş verdi

  • By Günel
  • 13 Yanvar 2025 20:42

Türkiyə vətəndaşı Bakıda ölüb.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı aeroportunda qeydə alınıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı, 1950-ci il təvəllüdlü Bayram Kar təyyarə gözləyərkən qəfil ölüb.

Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info