Zəngəzurda erməni hərbçi öldü

  • By Mina
  • 15 Aprel 2024 09:30

Ermənistan ordusunun hərbi qulluqçusunun idarə etdiyi avtomobil çaya düşüb.

 

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Zəngəzur (Sünik) bölgəsində baş verib.

 

Məlumata görə, saat 22:20 radələrində Sünik sakini Yura A.-nın idarə etdiyi “Nissan” markalı avtomobillə Qafan şəhərində idarəetməni itirib və çaya düşüb

 

Hadisə yerinə polis əməkdaşları gəlib və cinayət işi açılıb.

 

Ölən şəxsin Ermənistan ordusunun “N” saylı hərbi hissənin müqaviləli əsgəri olduğu bildirilir

 

Qeyd edək ki, ötən həftə baş verən qəza zamanı Ermənistan ordusunun 4 hərbçisi ölüb, 20-si yaralanıb.

Gununsesi.info