Ağstafada bir nəfər dəm qazından zəhərlənib

  • By ilhame
  • 25 Mart 2024 22:35

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Zəlimxan kəndində baş verib.

 

1991-ci il təvəllüdlü Əsli Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazında zəhərlənib.

Gununsesi.info