Şərurda yol-nəqliyyat hadisəsi baş verib

  • By Mina
  • 13 Aprel 2024 12:18

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınıb. Belə ki, 68-BC-470 dövlət nömrə nişanlı “VAZ 21011” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info