“Yuventus” qapıçısı ilə müqavilənin vaxtını uzatdı

“Yuventus” qapıçısı ilə müqavilənin vaxtını uzatdı

“Yuventus” klubu qapıçısı Voytsex Şesni ilə yeni müqavilə bağlayıb.

Gununsesi.org-un Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, polşalı qolkiperin sözləşməsinin müddəti 2024-cü ilə qədər uzadılıb.

Qeyd edək ki, 2017-ci ilin yayından “Yuventus”da çıxış edən 29 yaşlı qapıçı bu komandada 84 rəsmi oyun keçirib.

Şesni “qoca sinyora” ilə 2 dəfə İtaliya çempionluğunu, ölkə kuboku və Superkubokunu qazanıb. O, cari mövsüm A Seriyasında meydana çıxdığı 16 görüşdə qapısından 15 top buraxıb.

 

Gununsesi.org

COMMENTS