Türk diplomatı öldürənlərə edam cəzası verildi

Türk diplomatı öldürənlərə edam cəzası verildi

İraqda türkiyəli diplomat Osman Köseni  öldürənlərdən 2-si ilə bağlı edam qərarı verilib.

Gununsesi.org-un “HaberGlobal”a istinadən məlumatına görə, hökm Ərbil ikinci Cəza Məhkəməsi tərəfindən elan edilib. Məsələ ilə bağlı açıqlama verən vəkil Birzo Said “Hadisə ilə bağlı 6 nəfər cəzalandırılıb: 2 nəfərə edam, 1 nəfərə 1 il, qalan 3 nəfərin hər birinə 2 il həbs cəzası verilib” deyib.

Xatırladaq ki, Köse 2019-cu ildə İraqın Ərbil şəhərində restoranda silahlı hücuma məruz qalaraq öldürülüb.

 

Gununsesi.org

COMMENTS