Azərbaycanlı güləşçi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.
Gununsesi.org-un məlumatına görə, 82 kq-da mübarizə aparan azərbaycanlı pəhləvan yarımfinal görüşündə italiyalı Çiro Russo qarşılaşıb. Rəqibini 7:1 hesabı ilə məğlub edən idmançı qızıl medal uğrunda həlledici qarşılaşmada Bolqarıstan təmsilçisi Daniel Tixomirov Aleksandrov ilə ilə üz-üzə gələcək. Final görüşü sabah keçiriləcək.
Gununsesi.org
COMMENTS