Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat-xidməti aparmaq qadağan edilib.
Bu, Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən “Yol-patrul xidməti haqqında Təlimat”da əksini tapıb.
Lakin bu təlimatın əksinə olaraq gizli xidmət aparan yol polisləri var.
Gununsesi.org bildirir ki, “MediaPost”a verilən göndərilən videomaterial Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində çəkilib. Videonu çəkən vətəndaş iddia edir ki, 99-YP-494 dövlət nömrə nişanlı, YPX avtomobilində xidmət aparan əməkdaşlar “Xəzər market” adlanan ərazidə marketin arxasında gizlənir.
Görüntülərdən aydın olur ki, partul avtomobilini yoldan görünməyən şəkildə saxlayan yol polisləri qayda pozan sürücü gördükdə onun arxasınca gedir. Bir müdət sonra isə yenidən həmin əraziyə qayıdaraq avtomobili park edərək gözləyirlər.
Yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılması təsbit edildiyi halda bu cür “xidmət” isə yalnız təəssüf doğurur.
Qeyd edək ki, hazırda qüvvədə olan “Yol-patrul xidməti haqqında Təlimat” əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.
COMMENTS