68 il bundan öncə Böyük Britaniya taxtına keçən Kraliça II Elizabet aradan keçən bu qədər vaxtda dəfələrlə “Ginnesin Rekordlar Kitabına” düşməyi bacarıb.
Gununsesi.org xəbər verir ki, o nə az nə çox tam 7 dəfə adını planetin ən çox oxunan kitablarından biri olan “Ginnesin Rekordlar Kitabına” yazdırıb.
21 dekabr 2007-ci ildə 81 il 244 günlük Elizabet ulu nənəsi Kraliça Viktoriyanı geridə qoyaraq, rəsmən Britaniyanın ən yaşlı hökm sürən kraliçası olub. O, həmçinin 9 sentyabr 2015-ci ildə bir daha ulu nənəsini geridə qoyaraq, Britaniyanın ən uzun müddət taxtda qalan hökmdarı olub.
Kraliça II Elizabetin rekordları bunlarla bitmir. O, 2015-ci ildə Səudi Ərəbistan Kralı Abdullah Bin Əbduləziz əl-Suudun 90 yaşında vəfat etməsindən sonra artıq planetin ən uzun müddət hakimiyyətdə olan kraliçası oldu.
Onu da qeyd edək ki, Kraliça hal-hazırda dünyanın yaşayan ən uzun müddət taxtda oturan hökmdarıdır.
“Ginnesin Rekordlar” Kitabına görə Kraliça II Elizabet simvolikdə olsa eyni anda nə az nə çox tam 16 müstəqil dövlətin hökmdarıdır və bununla o, dünyanın ən çox ölkədə hakimiyyətdə olan kraliçasıdır və 139 milyondan çox insan Kraliça Elizabeti öz hökmdarı kimi tanıyır. Kraliçanın digər bir rekordu isə ondan ibarətdir ki, o dünyanın ən çox tanınan qadınıdır.
Onun siması ən az 35 fərqli ölkənin pul əskinazlarında əks olunub və bu sahədədə II Elizabet tək liderdir.
2012-ci ildə “The Sunday Times” qəzeti Kraliçanın 504 milyon dollarlıq sərvətə sahib olduğunu açıqlamış, bu da Kraliçanı dünyanın ən varlığlı kraliçası kimi bir daha Rekordlar Kitabına düşməsinə səbəb olmuşdu.
Nəcəf Cavadov
Gununsesi.org
COMMENTS