Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax rayonunda yol qəzası baş verib.

Gununsesi.org-un məlumatına görə, “Opel” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Mercedes”də olan Yevlax rayon sakinləri – 1988-ci il təvəllüdlü Firudin Babayev və 1989-cu il təvəllüdlü Aygün Babayeva xəsarət alıblar. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org

COMMENTS