“Sabah” klubunda məşqçi təyinatı olub

“Sabah” klubunda məşqçi təyinatı olub

“Sabah” futbol komandasında yeni məşqçi təyinatı rəsmiləşib.

Gununsesi.org klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssis Ramin Quliyev baş məşqçi İqor Ponomaryovun köməkçisi vəzifəsinə təyin olunub.

“Pro” kateqoriyasına malik 38 yaşlı məşqçi son olaraq Azərbaycanın U-17 millisində iş başında olub.

 

Gununsesi.org

COMMENTS