Ukrayna prezidenti Vladimir Zelenski keçmiş “KVN”-çi və “Kvartlar 95”in prodüseri Sergey Sivoxonu Ukrayanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Donbassın bərpası və reinteqrasiyası məsələləri üzrə müşaviri vəzifəsinə təyin edib.
Gununsesi.org xəbər verir ki, Sivoxo bu barədə “Facebook” səhifəsində yazaraq prezidentə təşəkkürünü bildirib:
“Bu, mənim üçün böyük məsuliyyətdir. Qarşıda çoxlu mürəkkəb və vacib işlər var. Dəstəyinizə çox inanıram. Sizi pis vəziyyətdə qoymayacağam”.
Sivoxo vəzifəsinə növbəti həftədən başlayaq.
Gununsesi.org
COMMENTS