Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi əməliyyatları müvəqqəti dayandırmasına dair razılaşmaya baxmayaraq, PKK-YPG terror qruplaşması bölgəni hələlik tərk etməyib.
Gununsesi.org Türkiyə KİV-inə istinadən bildirir ki, verilən 120 saatlıq vaxtdan sonuna qədər istifadə etmək istəyən terrorçular təhlükəsizlik bölgəsindən hələlik yalnız yaralı terrorçuları çıxarıblar.
Bundan əlavə, bəlli olub ki, PKK lideri Cəmil Bayık kəskin şəkildə sözügedən prosesə qarşı çıxıb. Belə ki, Bayık PKK-YPG qruplaşmasına bölgəni tərk etməməklə bağlı göstəriş verib.
“Şimal-şərqi Suriyada xalqlar sözügedən hücumlara qarşı dirənməli və torpağını tərk etməməlidir”, – PKK lideri bildirib.
Gununsesi.org
COMMENTS