Ağdaşda bir nəfər özünü yandırıb

  • By ilhame
  • 20 Aprel 2024 22:58

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, “Səma” şadlıq sarayının qarşısında baş verib.

 

1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb.

 

Ətrafdakı şəxslərin müdaxiləsi ilə söndürülən şəxs təcili xəstəxanaya çatdırılıb. İntihara cəhdin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info