Yevlaxda 24 yaşlı gənc qətlə yetirilib, cinayətkar saxlanılıb

  • By ilhame
  • 07 Aprel 2024 09:28

Bu gün  Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

İlkin məlumata görə, hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Gununsesi.info