
8 yanvarda Kiyevə uçmaq üzrə Tehran hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” tipli təyyarədəki 176 qurbanın ailəsinə kompensasiya veriləcək.
Gununsesi.info-nun məlumatına görə, İran hökuməti ailələrin hər birinə 150 min dollar ödəyəcək.
IRNA-nın xəbərinə görə, məbləğ Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Məbləğin qısa müddət ərzində hesablara köçürülməsi həyata keçiriləcək.
Gununsesi.info