Gürcüstanda məhdudiyyətlər daha 6 ay uzadıldı

  • By turana
  • 29 Dekabr 2020 21:22

Gürcüstan hökumətinin pandemiya dövründə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 6 ay müddətinə uzadılıb.

Gürcüstan parlamenti “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri yekdilliklə dəstəkləyib.Düzəlişlərə əsasən, hökumət 2021-ci ilin iyulun 1-dək məhdudlaşdırıcı tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, cari ilin iyulunda hökumətə bu səlahiyyət 2021-ci ilin yanvarın 1-dək verilmişdi.

Gununsesi.info