Noyabrın 28-də Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərar imzalayıb. Qərara əsasən, daxili bazarda təbii qazın 2021-ci il yanvarın 1-dən istehsalçılardan satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili Dövlət Kontrakt Korporasiyası – “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilib. SOCAR, onun strukturuna daxil olan qurumlar qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etməlidirlər.
Qaz təchizatın təşkilinin “Azərkontrakt” ASC-yə həvalə edilməsinin səbəbi nədir? Bu qərar əhali üçün satılan qazın qiymətinə təsir göstərəcəkmi?
Gununsesi.info