Yelo Bankın İnternet Bankçılıq xidmətində yenilik

  • By admin
  • 16 Mart 2022 11:44

Yelo Bank İnternet Bankçılıq (İB) xidmətini müştəriləri üçün rahatlaşdırmağa davam edir.

Artıq hüquqi şəxs vəsahibkarlar İB xidmətinə Google Authenticator vasitəsiləgiriş edə biləcəklər.


Google Authenticator istifadəçinin internet bankçılıqa daxilolmaq üçün birdəfəlik 6 rəqəmli rəqəmsal şifrə təqdimedən iki addımlı identifikasiya üsuludur. Bu identifikasiyaalətinin əsas üstünlüyü harada olmağınızdan asılıolmayaraq internet şəbəkəsi varsa, tam təhlükəsiz İB xidmətinə giriş imkanını təqdim etməsidir.


Bu funksionallığı şəxsi kabinetdə tənzimləmələrhissəsindən aktivləşdirmək mümkündür. SmartfonaGoogle Authenticator mobil əlavəsini yükləməkləkabinetdə təsvir olunmuş QR kodu tətbiqdə skan edə vəya QR-ın aşağısındakı kodu daxil etməlisiniz. Qeyd edəkki, İB xidmətinə həmçinin, elektron poçt ünvanı və ASAN imza ilə giriş imkanı da var.


Yelo Bankın ən müasir texnoloji həllər əsasında qurulmuşİnternet Bankçılıq xidməti sayəsində filiallarda təklif olunanbank xidmətlərindən distant və təhlükəsiz şəkildə, 24/7 yararlanmaq mümkündür. Xidmətə qoşulmaq üçün YeloBank filialına yaxınlaşıb hesab aça bilərsiniz. Bankdahesabı olan müştərilərin isə onlayn qeydiyyatdankeçmələri kifayətdir (https://ibank.yelo.az/az/login). İB xidmətində aşağıdakı bir çox imkanlardan faydalanabilərsiniz:

• Bir və ya bir neçə hesab üzrə gəlir və xərclərindinamikasının qrafikini izləmək
• Ödənişlərin müddətini əhəmiyyətli dərəcədə azaldacaqşablonların yadda saxlanılması və avtomatiködənişlərin yaradılması funksiyaları
• Məzənnənin rezervasiyası imkanı. Bu funksiya optimal valyutanın alış-satış nisbətini əldə etməyə imkan verir
• Kredit sifarişi və ödəniş cədvəli
• Kartların onlayn idarəedilməsi (mədaxil, bloklaşdırma, blokdan çıxarılma)
• Bütün işçilərin əmək haqlarının bir dəfəyə ödənilməsi
• Fərdi funksionallığı olan işçilərin əlavə edilməsi
• Kütləvi ödənişlər
• Tam onlayn bank qarantiyası məktublarının alınmasıvə s.

Bütün bu funksiyalar şirkətlərin işini rahatlaşdırmaq, sənədləşmənin həcmini azaltmaqla yanaşı, şirkəthesabları və əməliyyatlarına nəzarəti də gücləndirəcək.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Gununsesi.info