Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTOLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.

Mərhumun oğlu Orxan İbrahimbəyov Publika.az-a açıqlamasında bu itkinin gözlənilməz olduğunu deyib. “Atamın itkisi ailəmiz üçün çox ağırdır. Bu, bizim üçün gözlənilməz oldu. Amma sevindirici haldır ki, atamın nəşi Azərbaycana gətirilib və öz Vətənində dəfn olunacaq. O çox gözəl insan, gözəl ata və qeyri-adi incəsənət adamı idi. Son anında öz dostlarını xatırladı və dedi ki, əgər geri qayıtmasam onları əvəzimdən qucaqla və sevgimi çatdır”, – deyə o bildirib.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.

Gununsesi.info