“Tabaterra”dan gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində növbəti addım

  • By admin
  • 10 Mart 2022 16:46
“Tabaterra” QSC Bakı Mühəndislik Universiteti ilə əməkdaşlığı çərçivəsində istedadlı gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində növbəti addım atıb.
Gununsesi.info xəbər verir ki,  şirkət tələbələrin istehsalat sahəsində müasir təcrübi biliklərə yiyələnmələrini həvəsləndirmək məqsədilə “Mexanika mühəndisliyi” ixtisası üzrə yüksək tədris göstəricilərinə malik olan son kurs bakalavr tələbələrinə “3 aylıq ödənişli istehsalat təcrübəsi” keçmək imkanı yaratmışdır.
Onu da  qeyd etmək lazımdır ki, “Tabaterra” QSC təcrübə proqramını uğurla başa vurmuş namizədlərə daimi iş ilə təmin olunma imkanı yaradır.
Gununsesi.info