
“Tik-tok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən paytaxtın Nəsimi rayonunda kirayə yaşayan 1988-ci il təvəllüdlü Anarə Natiq qızı Valehova müəyyən olunaraq, polis orqanına dəvət olunub.
Gununsesi.info xəbər verir ki, onunla aparılan sorğu zamanı A.Valehova qeyri-etik ifadələr səsləndirdiyinə görə peşiman olduğunu bildirərək üzr istəyib.
Bakı Şəhər Baş Polis İdarəsində A.Valehova barəsində araşdırmalar davam etdirilir.
Gununsesi.info