Xüsusi karantin rejiminin vaxtı UZADILDI

  • By admin
  • 28 Avqust 2021 17:50

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb.

 

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.

Gununsesi.info