Sahil Babayev vətəndaş şikayətlərinə niyə biganədir? - NAZİRƏ MÜRACİƏT

 

Azərbaycanda vətəndaşların ən çox narazı salan nazirliklərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Elə bir gün olmur ki, mediada və sosial şəbəkələrdə adıçəkilən nazirliyin qanunsuzluqları haqqında xəbərlərə rast gəlməyəsən.
Ən təəssüfləndirici məqam isə odur ki, nazir Sahil Babayevin özü də bu qanunsuzluqlara görə vətəndaşlardan gələn şikayətlərə biganədir.
Gununsesi.info-ya müraciət edən Yevlax rayon Əkşən kənd sakini Qocayeva Qönçə Ataş qızı kəsilmiş pensiyasının bir neçə aydır ki, bərpa edilmədiyini deyir.
Nazirliyə şikayətlərinin cavabsız qaldığını yazan əlil vətəndaş bildirir ki, bir neçə ay öncə TSEK-nın Yevlax rayon şöbəsindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndəriş verilib: “Mənim xəstə olmağımı sübut etməyə ciddi səy və yoxlama da lazım deyil. Dərhal xəstəxana özünün müvafiq rəyini yazdı. Dövlətdən verilən dərmanlar bərpa olunsa da pensiyam hələ də bərpa olunmur. Heç bir iş qüvvəm yoxdur. Valideyn himayəsindəyəm. Ailəmdə maddi durum çətindir. Mən sizin sayt vasitəsi ilə təkrar nazir Sahil Babayevə müraciət edirəm ki, problemin aradan qaldırılmasına göstəriş versin”.

Nicat Məmişov

Gununsesi.info