XİN İsveçdə Quranın yandırılmasını pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılmasını pisləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.

“Biz hakimiyyət orqanlarını cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırırıq”, – açıqlamada deyilir.