
Amerikanın Federal Araşdırmalar Bürosu (FBİ) əl telefonlarının xalqa açıq yerlərdə enerji doldurulması ilə bağlı xəbərdarlıq edib.
Əlacsız yerlərdə, stansiya, metro və vağzallarda, insanlar tükənən telefon enerjisi üçün fütsət axtarır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, telefonunuzun tükənməkdə olan elektrik enerjisini tanımadığınız yerdə doldurarsınızsa, sizin bəzi bilgiləriniz oğurlana bilər.
FBİ-nin xəbərdarlığında bildirilir ki, telefon və kompüter “haker”ləri bu cuhazlara pis niyyətlə yazılım və izlənmə yükləyə bilər.
Açıq enerji pili doldurma yerlərində bu cür addımlardan qaçmağa çalışın.
Cihazınızdakı bilgilər oğurlana bilər.
Bunlar arasında şəxsi fotolarınız, bilgiləriniz və kodlarınız da ola bilər.
Tərcümə: Arzu