“Şəfa broyler”in rəhbəri cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən “Qaraqaşlı Broyler” ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı məyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Gununsesi.info-ya bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub.

O, vəzifəli şəxs qismində cərimə olunub.
Qeyd edək ki, “Qaraqaşlı Broyler” ASC-yə məxsus əmtəə nişanlarından biri “Şəfa broyler”dir.

 

Gununsesi.info