Etibar Məmmədov AMİP-in taleyindən xəbərsizdir

Ədliyyə Nazirliyinin ölkənin tanınmış müxalifət partiyalarının qeydiyyatından imtina etməsi cəmiyyətdə böyük rezonansa səbəb olub.

Belə ki, hökümətin dünən REAL partiyasının ardından, MüsavatAXCP-yə rədd cavabı verməsi gündəmin əsas müzakirə mövzusu olub.

Bəs görəsən, Azərbaycanın ənənəvi müxalifət partiyalarından biri kimi tanınan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) taleyi necə olacaq?

Partiyanın lideri Etibar Məmmədov Gununsesi.info-nun sorğusuna cavab olaraq bundan xəbərsiz olduğunu deyib:

“Mənim AMİP-in rəhbərliyində heç bir statusum yoxdur. Ona görə də AMİP-in qeydiyyata alınıb- alınmayacağı ilə bağlı məsələlərdən xəbərsizəm”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info