Xarkov ətrafında rusların 4 tankı məhv edilib

Ukraynanın Xarkov şəhərinin dolama yolunda rusların dörd tankı yandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Şçastiya qəsəbəsi ərazisində Ukrayna hərbçiləri 50-yə yaxın rus işğalçısını məhv edib.

Kramatorsk vilayətində Rusiya silahlı qüvvələrinin daha bir təyyarəsi vurulub. Baş Qərargah qeyd edir ki, bu, altıncıdır.

Gununsesi.info