
Rusiya qüvvələrinin Ukraynanı bombalaması nəticəsində 7 nəfər ölüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmilər Odessa yaxınlığındakı Podilskdə hərbi hissəyə hücum zamanı 6 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirirlər.
Toqquşma zamanı 19 nəfər də itkin düşüb.
Eyni zamanda, Mariupol şəhərində bir nəfərin öldüyü açıqlanıb.
Gununsesi.info