
ABŞ-ın bir sıra sanksiyaları aradan qaldırmaqla bağlı qərarı xoşməramlıdır, lakin kifayət deyil.
Gununsesi.info xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xətibzadə Vaşinqtonun bəzi sanksiyaları ləğv etmək barəsində qərarına münasibət bildirərək deyib.
Onun sözlərinə görə, İran bütün sanksiyaların aradan qaldırılmasını tələb edir.
Qeyd edək ki, ABŞ hökumətinin rəsmi nümayəndəsi Robert Mellinin açıqlamasına görə, İranın tibbi və elmi məqsədlər üçün istifadə etdiyi nüvə müəssisələrinə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.
ABŞ-ın qərarına İranın xarici işlər naziri əmir Hüseyn Əmir Abdullahian reaksiya verib.
“Vyanada aparılan danışıqlar prosesini yumşaltmaq üçün ABŞ-ın atdığı bu addım xoşməramlıdır. Lakin İrana kağız üzərində olan qərar lazım deyil. İran danışıqlar prosesində əldə olunan razılaşmaya ABŞ tərəfindən əməl olunacağına və sanksiyalar siyasətinə qayıtmayacağına dair zəmanət istəyir”, – deyə İranlı nazir vurğulayıb.
Gununsei.info