
Kiyev Rusiya tərəfinin qaldırdığı məsələlərlə bağlı danışmağa hazır olsa, Rusiya Federasiyası Ukrayna rəhbərliyi ilə danışıqlara hazırdır.
Gununsesi.info-nun məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskiv bildirib.
O, Rusiya Federasiyasının Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatının öz məqsədləri olduğunu söyləyib:
“Əməliyyatın öz məqsədləri var, onlara nail olmaq lazımdır. Prezident bildirib ki, bütün qərarlar qəbul edilib və məqsədlərə nail olunacaq”, – deyə Peskov jurnalistlərə deyib.
Mətbuat katibi onu da qeyd edib ki, əməliyyatın vaxtından əvvəl dayandırılmasının mümkünlüyündən xəbəri yoxdur – bu, Ali Baş Komandanın qərarıdır.
Gununsesi.info