Pandemiyaya görə planetin 29 yaşa qədər hər 6 sakinindən biri işini itirib

Pandemiyaya görə planetin 29 yaşa qədər hər 6 sakinindən biri işini itirib

Pandemiyaya görə dünyada işsizlərin sayı kəskin artıb.
Gununsesi.org Beynəlxalq Əmək Təşkilatına istinadən xəbər verir ki, 29 yaşa qədər gənclərin hər 6-cısı öz iş yerini itirib.
“COVİD-19-un doğurduğu böhran ilk növbədə gəncləri vurub. Ən çox iş yerini itirənlər arasında qadınlar çoxluq təşkil edir”-deyə təşkilatın açıqlamasında deyilir.
Tələbələrin yarısı təhsil prosesini yarımçıq, 10%-i isə tam dayandırıacaqlarını söyləyiblər.
Gununsesi.org

COMMENTS