
Almaniyanın xarici işlər naziri Annalena Barbokun olduğu təyyarə Afrika ölkəsi Cibutiyə gedərkən Səudiyyə Ərəbistanına planlaşdırılmamış eniş edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Eritreya ərazisi üzərində uçuşa icazə verilmədiyi üçün Ciddə hava limanına enməyə məcbur olub.
Almaniya xarici işlər nazirinin Şərqi Afrikaya üç günlük səfərinin ilk dayanacağı Cibuti olmalı və orada Sudandakı münaqişə və Qırmızı dənizdəki vəziyyətlə bağlı danışıqlar aparmalı idi.
Barbokun sözlərinə görə, böhranlı bölgədə hər şey “normal dinc vaxtlardakı kimi” işləyə bilməz.
Nazir Qırmızı dənizdə mülki gəmiçiliyi Husilərin hücumlarından qorumaq üçün Avropa İttifaqının planını müzakirə etmək üçün bu Cibutiyə uçmağı planlaşdırır.
O, həmçinin Sudandakı müharibəni müzakirə etmək üçün Keniya və Cənubi Sudana səfər etməyi planlaşdırırdı.
Gununsesi.info