Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb, yaralanan var

  • By ilhame
  • 08 Fevral 2024 19:21

Xaçmazda zəncirvari qəza baş verib.

Gununsesi.info xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində “VAZ-21015 markalı nəqliyyat vasitəsi “VAZ-21014” markalı minik avtomobili ilə toqquşub. Daha sonra “VAZ-21014” markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən “UAZ” markalı təcili tibbi yardım avtomobilinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı “VAZ-21014”-ün sürücüsü, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Quliyev Azad Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info