İş adamını öldürüb, cəsədini yandırdılar – FOTO

Yunanıstanın tanınmış iş adamlarından biri olan Kristos Gialiasın yanmış cəsədi Qərbi Attika bölgəsində tapılıb.

Gununsesi.info xəbər verir ki, futbol klubları ilə də əlaqəsi olan Gialiasın vəhşicəsinə öldürüldükdən sonra Mandrada avtomobilində yandırıldığı müəyyən edilib.

Silah səsləri üzərinə əraziyə gedən polis qrupları Gialiasın yanmış cəsədini alovlar içində avtomobildən çıxarıb.

İki nəfərin iş adamını “Kalaşnikov” avtomat silahı ilə öldürdüyü, yandırdığı və motosikletlə hadisə yerindən qaçdığı qeydə alınıb.

Əvvəllər narkotik və silah alverinə görə məhkum olunmuş Gialiasın həyat yoldaşı da 2018-ci ildə güllələnərək öldürülüb.

Gununsesi.info