“Zirə” yarımfinalda

  • By ilhame
  • 08 Fevral 2024 19:37

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçları keçirilir.

 

Gununsesi.info xəbər verir ki, ilk matç “Zirə” ilə “Səbail” arasında baş tutub.

 

Səfərdə keçirilmiş ilk görüşdə qələbə qazanan “Zirə” üstünlüyünü qorumağa çalışıb. 3 cavabsız qola sevinən zirəlilər yarımfinala yüksəliblər.

 

Günün digər qarşılaşmasında cütün taleyi demək olar ki, bəllidir. Səfərdə “Sabah”a 7:1 hesabı ilə qalib gələn “Qarabağ” üçün cavab oyunu formal xarakter daşıyacaq.

 

Qeyd edək ki, yarımfinalın digər cütündə “Neftçi” “Sumqayıt”ı, “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

 

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

8 fevral

 

“Zirə” – “Səbail” 3:0

Qollar: Abbas İbrahim, 4. Rəhim Sadıxov, 42. Rafael Utziq, 74.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.

Zirə İdman Kompleksinin stadionu

İlk oyun – 2:1