AMEA-nın birinci vitse-prezidentləri SEÇİLDİ – ADLARI –YENİLƏNİB

AMEA-nın birinci vitse-prezidentləri SEÇİLDİ – ADLARI –

İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.

Gununsesi.org xəbər verir ki, onlar AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında gizli səsvermə nəticəsində seçiliblər.

Nəticəni Hesablama komissiyasının sədri Urxan Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ramiz Mehdiyev hər iki birinci vitse-prezidenti təbrik edib.

Xatırladaq ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.

Qeyd edək ki, bu vəzifə akademiyada yeni təsis edilib.

 

******

AMEA-nın bu gün illik ümumi yığıncağında Akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Səsvermə üçün fasilə elan edilib.

Gununsesi.org

COMMENTS