Müğənni Şəhriyar Məhərrəmov orta məktəblərdə şagirdlər üçün vahid məktəbli formasının tətbiqini düzgün qərar hesab etdiyini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, sənətçi qeyd edib ki, vahid forma şagirdlər arasında sosial və maddi fərqlərin qabardılmasının qarşısını alır:
“Orta məktəbdə azyaşlı uşaqların dərsə gəlməsi üçün vahid məktəbli forması düzgün qərardır. Kasıb, varlı, müsəlman, xristian, yəhudi, ateist və s. – hamısı eyni formada olur. Bizim dövrümüzdə, misal üçün, varlı balaları hər gün bir qəşəng paltar geyinib gəlirdilər. Mənim kimi kasıblar isə bir cırıq şalvarı 1-2 il hər gün geyinirdik. Bu, əlbəttə, bizi sındırırdı, əzirdi, gücsüz edirdi”.
Şəhriyar Məhərrəmov müəllimlər üçün də vahid geyim qaydasının tətbiq edilməsini düzgün hesab etmədiyini vurğulayıb:
“Amma müəllimlərə də bu qaydanı tətbiq etmək doğru deyil. Müəllimin kifayət qədər yaşı-başı var. Yetkinlik yaşına çatan, özlərinə karyera quran, 18+ yaşları olan şəxslər başını səliqəli formada bağlayıb dərs deyə bilər. Yetər ki, qara çadra və ya niqab, üzü tam örtən geyim olmasın. Burada nə qəbahət var?”.
Müğənni inanclı qadın müəllimlərin də peşəkar fəaliyyət göstərə biləcəyini qeyd edib:
“Kifayət qədər xanım müəllimlər var ki, həm inanclıdırlar, həm də çox savadlı”.
Elmar
Gununsesi.info












