Vətəndaşın bank kartından 6400 manat oğurlandı

Bakı şəhər sakininin bank kartındakı hesabından 6400 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Mirzalı İsmayılov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info