Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır

Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır

Koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən Rusiyadan vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açılacaq. 
Gununsesi.org  Baku.Tv-yə istinadən xəbər verir ki məntəqəni Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi açacaq.
Məlumatda bildirilir ki, Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırıb.
Hazırda həmin regionda Azərbaycana qayıda bilməyən çoxlu sayda vətəndaşımızın olduğu bildirilir.

 

 

 

Gununsesi.org

COMMENTS