
Bu gündən başlayaraq ölkənin qərb rayonlarında yağan leysan yağışları selə çevrilib.
Gununsesi.info-nun xəbərinə görə, əsasən Goranboy rayonunun ərazilərinə yağan leysan yağışlar kənd təsərrüfatına və fərdi əmlaka ziyan vurub.
Belə ki, güclü sel avtomobilləri və digər əmlakları yararsız hala salıb.
Həmçinin güclü dolu nəticəsində rayonun Muzdullar kəndinə ciddi ziyan deyib.
Kənd sakinlərinə məxsus evlərin dam örtüyü sıradan çıxıb. Əkin sahələri yararsız vəziyyətə düşüb.
Gununsesi.info