DİM: Abituriyentlər iki qrup üzrə müsabiqədə iştirak edə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.

DİM-dən Gununsesi.info-ya bildirilib ki, abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 2 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı biri və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.

Xatırladaq ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 30-dək internet vasitəsilə aparılır.